Bakıda zibildaşıyan maşın aşdı: Yaralılar var

Bakıda zibildaşıyan maşın aşdı: Yaralılar var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
 
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
 
Onun sözlərinə görə, hadisə dünən Sabunçu rayonu, Balaxanı-Mehdiabad yolunda qeydə alınıb:
 
“MAN markalı, “90JK-960” dövlət qeydiyyat nişanlı zibildaşıyan maşın, “Mitsubishi” markalı, “90-TT-928” dövlət qeydiyyat nişanlı və “Volkswagen” markalı, “90-LF-821” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib”.
 
Rüfət Quliyev qeyd edib ki, hadisə nəticəsində dörd nəfər müxtəlif bədən xəsarəti alıb:
 
“Faktla bağlı hazırda araşdırma aparılır”.
 

Google+ WhatsApp ok.ru