Bakının mərkəzində gənclərin bıçaq davas

Səfərov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Bakıda bıçaqlanma hadisəsi baş verib. 
 
Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, saat 05 radələrində Nizami rayon sakini, 1995-ci il təvəllüdlü Səfərov Ümid Rövşən oğlu bıçaqlanıb. 
 
Sağ bud nahiyəsindən ağır xəsarət alan 19 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. İlkin araşdırmalarla Ü.Səfərovun tanışı, Sumqayıt sakini olan 18 yaşlı İlkin Bəşirov tərəfindən bıçaqlanması müəyyən edilib. İ.Bəşirov saxlanılıb. Məlum olub ki, İ.Bəşirov daha əvvəl oğurluq etdiyinə görə, cinayət məsuliyyətinə cəlb edilibmiş. 
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru