Bakı sakini neft gölündə boğulub

Ramana qəsəbə sakini neft gölünə düşərək ölüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 14-də Sabunçu rayonu, Ramana qəsəbə sakini Vüsal Cavanşirov Şuşa şəhərciyində yerləşən neft gölünə düşərək ölüb.
 
Onun meyiti göldən çıxarılıb.

Google+ WhatsApp ok.ru