Göyçay sakini qardaşının evində özünü asıb

Göyçay rayonunda intihara cəhd olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçiplaq kəndində qeydə alınıb.
 
Kənd sakini, 1965-ci il təvəllüdlü Osmanov İmran Teyyub oğlu qardaşının evində özünü kəndirlə asıb.
 
Ailə üzləri onun özünü öldürmək cəhdindən tez xəbər tutub, kəndirdən xilas edə biliblər.
 
Ölümcül vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İmran Osmanovun vəziyyəti ağır olaraq qalır. O, hazırda koma vəziyyətindədir.
 
İntiharın səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Google+ WhatsApp ok.ru