Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 29-30-da ölkə ərazisində müşahidə olunan hava şəraiti haqqında məlumat yayıb. Departamentdən verilən məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, Bakı və Abşeron yarımadasında iyunun 29-da əsən güclü şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənib. Küləyin maksimal sürəti 28-30 m/s-yə çatıb. Ayrı-ayrı rayonlarda isə qərb küləyinin sürəti 16-28 m/s təşkil edib.
 
Əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Böyük Qafqazda 9-18, bəzi ərazilərdə 26-45, Kiçik Qafqazda 3-8, Mərkəzi Aran rayonlarında 2-6 mm təşkil edib.

Google+ WhatsApp ok.ru