Bakının mərkəzində partlayış baş verib - YENİLƏNİB/VİDEO

Bakının mərkəzində partlayış baş verib - YENİLƏNİB/VİDEO

-- 2 nəfər xəsarət alıb

Səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra rəsmi məlumat yayılacaq.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Qeyd edək ki, Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.
 
Qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.
 
Ərazidə nəzarət aparan polisin sözlərinə görə, qaz sızması nəticəsində  2 nəfər xəsarət alıb.
 
***
 
Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş verib.
 
Maide.Az “Report”-a isitnadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
 
Partlayış yanğınla müşahidə olunub.
 
Hadisə "Ofisait" mağazasının yanındakı obyektdə baş verib. Hadisə zamanı "Ofisait" mağazasına da ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru