Balacalarla iftar sevinci

Ayın 18-i “Damla” İB-nin ofisində övladlarını tək valideyn olaraq böyüdən analar tərəfindən “Damla” ilə birlikdə bir və ya hər iki valideyn qayğısından məhrum uşaqlar üçün iftar süfrəsi açıldı.
İftar sevincindən öncə uşaqlar müxtəlif şeir səhnələri göstərdi, İctimai Birliyin əməkdaşları onlarla maraqlı söhbət aparıl, Ramazan sevincini bölüşdülər.
Dadlı iftardan sonra balacalara onları sevindirəcək hədiyyələr verildi.
“Damla” İB iftarın təşkil olunmasında iştirak edən bütün tənha analara və Təşkilatın əməkdaşlarına təşəkkürünü bildirdi.


 

Google+ WhatsApp ok.ru