Balkanlar Yunanıstan defoltuna hazırlaşır

Bolqarıstan, Makedoniya, Albaniya, Serbiya və Rumıniyada milyonlarla insanın yunanlara məxsus banklarda depozitləri var

Cənubşərqi Avropa ölkələri Yunanıstanın maliyyə böhranından qorunmaq üçün müdafiəni möhkəmləndirir. Bolqarıstan, Makedoniya, Albaniya, Serbiya və Rumıniyada milyonlarla insanın yunanlara məxsus banklarda depozitləri var. Yunan böhranı yayıldıqca, bu ölkələr daha çox zərbə altında qalır.
 
İyunun 29-da Serbiya və Makedoniya Respublikası Yunanıstana maliyyə axınını önləmək üçün nəzarət tədbirləri tətbiq edib. Serbiya mərkəzi bankı yunan bankları bölmələrinin sahibləri ilə əməliyyatlarını məhdudlaşdırıb, filiallara nəzarəti gücləndirib.
 
Serbiyadakı yunan banklarının yetərli kapital rezervləri var və “pis xəbərin yarada biləcəyi mənfi hallarda, psixoloji stress zamanı istifadə oluna bilər”, məlumatda deyilir.
 
Makedoniya Milli Bankı vətəndaşlarına göstəriş verib ki, Yunanıstandakı banklardan bütün istiqrazları və depozitləri geri çəksinlər.
 
Regionda Yunanıstana məxsus banklar açıqdır, nağd pul və istiqraz verir. Yunanıstanın özündə isə banklar bağlanıb, adamlar bankomatlardan günə maksimum 60 avro çıxara bilərlər.

Google+ WhatsApp ok.ru