İndoneziyada təyyarə qəzası: 49 cəsəd tapılıb (ƏLAVƏ OLUNUB)

İndoneziyanın “Hercules C-130” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazidə 49 cəsəd tapılıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu İndoneziya HHQ-nin baş komandanı Aqus Supriatna deyib.

A.Supriatna bildirib ki, 49 cəsəddən 23-nün şəxsiyyəti müəyyənləşdirilib.

O, bundan əvvəl demişdi, təyyarənin göyərtəsində 113 nəfər (12 ekipaj üzvü və 101 sərnişin) olub və onların heç biri sağ qalmayıb.

 
***
İndoneziyada hərbi təyyarə qəzaya uğrayıb.
Maide.az “Reuters”ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində 30 nəfər həlak olub.
İndoneziyanın üçüncü ən böyük şəhəri olan Medanda bir məhəlləyə düşən Hercules C-130 tipli təyyarədə 12 ekipaj üzvü olub./
 

Google+ WhatsApp ok.ru