Baş nazir Qaribaşvili sabiq müdafiə naziri Alasaniyanı avantürist, axmaq və xəyanətkar adlandırıb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan İrakli Alasaniya və istefa verən nazirləri sərt ifadələrlə tənqid atəşinə tutub.
 
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi xəbərə görə, İ. Qaribaşvili hökumətin iclasında istefa verən nazirlər Maya Pancikidze və Aleksi Petriaşvilini xəyanətkar adlandırıb və cəmiyyətə Alasaniya haqda çoxlu sürprizlər vəd edib. “Alasaniyanın əməlləri təbii ki, 2012-ci ildəki qələbəmizə xəyanət və gürcü xalqını növbəti dəfə aldatmaq cəhdidir. O, dəfələrlə belə hərəkətlər edib, cəmiyyətimiz gələcəkdə bunu biləcək və bir çox sürprizlərə şahid olacaq”, - deyə hökumət başçısı söyləyib.
 
İ. Qaribaşvili İ. Alasaniyanı avantürist, axmaq və ambisiyalı şəxs adlandıraraq onun komandasının üzvlərinin addımlarının anti-dövlət xarakterli olduğunu vurğulayıb: “Bunlar təbii ki, ölkəmizə qarşı atılan addımlardır. Biz Alasaniya və bu tip avantüristlərdən qorxmuruq, biz sakitcə bu əngəli aşacağıq. Sevindiricidir ki, xəyanətkarlar bizim komandadan getdilər, bu, həm bizim üçün, həm də ölkə üçün müsbət hadisədir”.

Google+ WhatsApp ok.ru