Abxaziyada müsəlmanlara məscid tikmək üçün ərazi ayrılacaq

Abxaziya hakimiyyəti ilk və yeganə məscidin inşasına icazı verib. Maide.az xəbər verir ki, Müsəlmanların Ruhani İdarəsinə ərazi ayırmaq haqqında sərəncamı Qudaut rayon admistrasiyasının rəhbəri Valieri Vasikoviç Maliya imzalayıb. 
 
Abxaziya müsəlmanları Qudaut rayonunun mərkəzi küçəsində məscidin tikilişi üçün maliyyə yardımı barədə elan yayıblar. 
 
Hazırda isə  gündəlik və cümə namazları yerli müsəlmanların inşa etdiyi köhnə binada həyata keçirilir.
 
Qeyd edək ki, Abxaziyada məscid kimi istifadə edilən cəmi iki tikili var və ilk dəfədir müsəlmanlar üçün ibadət məkanının tikilməsi planlaşdırılıb. 

Google+ WhatsApp ok.ru