Ban Ki Munun Yərmukda insan faciəsi barədə xəbərdarlığı

BMT-nin baş katibi Suriyada Yərmuk didərginlər düşərgəsindəki acınacaqlı duruma toxunaraq, vurğulayıb ki, bu düşərgə cəhənnəmin ən dərin guşəsinə bənzəyir. BMT baş katibi Ban Ki Mun bu təşkilatın Suriyadakı xüsusi nümayəndəsindən istəyibdir ki, tez bir zamanda bu ölkə böhranının həlli üzrə siyasi yolu yenidən onun bütün cəhətləri ilə işə salsın.
 
Ban Ki Mun BMT-də bir mətbuat konfransında Suriya böhranına son qoymaq üzrə yeganə həll yolu kimi siyasi yola təkid edərək, deyib ki, BMT Suriyanın hökuməti və müxaliflər ilə bağlı olan xarici tərəflər və Suriya böhranının daxili tərəfləri arasında xüsusi danışıqların keçirilməsi məsuliyyətini öz gündəminə salmalıdır.
 
Digər tərəfdən, Ban Ki Mun İŞİD terrorçularının daxil olmalarından sonra Yərmuk düşərgəsindəki insani durumdan nigaranlıq edərək, deyib ki, Suriyanın qorxunc şəraitində Yərmuk düşərgəsi cəhənnəmin ən dərin guşəsinə bənzəyir. 
Ban Ki Mun Yərmuk düşərgəsindəki şəraitin ölüm düşərgələrini xatırlatdığını qeyd edərək, bu düşərgədə çətinliyə düşmüş mülkilrə yardımın çatdırılmasını istəyib.
 
BMT-nin baş katibi bu düşərgədə tarixi miqyaslarda insan faciəsinin baş verməsi barədə xəbərdarlıq edərək, vurğulayıb: Oturub, bir qətli-amın formalaşmasına tamaşa edə bilmərik. Yərmuk düşərgəsi didərginlərinin həyatını xilas etməkdən əl çəkməməliyik. Təcili bir iş görmək lazımdır. 
 
BMT-nin baş katibi Beynəlxalq Qızıl Xaç Komitəsindən istəyibdir ki, tez bir zamanda öz humanitar yardımlarını Yərmukun fələstinli didərginlərinə çatdırsın. 
 
Beynəlxalq Qızıl Xaç Komitəsi cümə axşamı günü bildirmişdi ki, yeni toqquşmaların başlanması ilə Yərmuk düşərgəsinin vəziyyəti daha da ağırlaşıbdır və bu düşərgənin sakinləri təcili yardımlara ehtiyaclıdırlar. Onlar aylarla öncədən su, qida maddələri, səhiyyə xidmətləri çatışmazlığı ilə üzləşirlər. 
 
Suriya paytaxtnın cənubunda yerləşən Yərmuk düşərgəsi terrorçu İŞİD qruplaşmasının əlinə düşübdür. Təqribən on səkkiz min fələstinli didərgin, o sıradan 3500 uşaq Yərmuk düşərgəsində çətinliyə düşüb. 
 
BMT-nin baş katibinin sözlərinə görə, İŞİD terrorçuları bu düşərgədən insan sipəri kimi sui-istifadə edirlər.

Google+ WhatsApp ok.ru