Həzrəti Fatimeyi Zəhra (əs) Gürcüstanda yad edildi

Gürcüstann paytaxtı Tbilisidə yerləşən "Alul-beyt" Dini Mədəniyyət Mərkəzininin konfrans salonunda BGMİ-nin nəzdində fəaliyyət göstərən Müsəlman Qadınları İcmasının təşəbbüsü və təşkilatçılığı ilə "Nümunəvi qadınlar" mövzusunda elmi seminar keçirildi.
 
BGMİ-dən daxil olan məlumata görə, Həzrət Zəhranın (s.ə) təvəllüdünə həsr olunan bu elmi seminarda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan Müftüsü Hacı Yasin Əliyev, Müsəlman Qadınlar İcmasının idarə heyəti və üzvləri, xanım din və ictimayiyyət xadimləri, QHT və icma nümayəndələri, Acarıstan Muxtar vilayətindən müəllimə və dərnək sədirləri iştrak edirdi.
 
Seminarın əvvəlində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov qonaqları salamladıqdan sonra bu günə təsadüf edən Həzrət Fatmeyi Zəhranın (s.ə) təvəllüdü münasibəti ilə onları təbrik etdi. O, sözlərində qeyd etdi ki, belə tədbirlərin keçrilməsində məqsəd, tarixdə örnək götürləcək qadınları tanıtdırmaq və onlardan alınan dərsləri yada salmaqdır. Çünki, ictimaiyyətdə İdeal qadın məhz həmin nümunəvi qadınları özlərinə örnək götürərsə formalaşar.
 
Qurani-Kərimin tilavəti ilə açıq elan olunduqdan sonra seminarın aparıcısı Leyla Darğallı öncə seminar haqqında qısa məlumat verib məruzələrini təqdim etmək üçün sözü din və ictimaiyyət xadimələrinə verdi.
 
Seminardan sonra xanım iştirakçılar təvəllüd günü münasibəti ilə təşkil olunan bayram süfrəsinə dəvət edildilər.
 

Google+ WhatsApp ok.ru