Bankoqda törədilən partlayışda onlarla adam ölüb

Taylandın paytaxtı Bankoqda törədilən partlayışda azı 27 nəfər ölüb, 80-nə yaxın adam yaralanıb.
 
Partlayış Hindu məbədinin yaxınlığında törədilib.Reutersin məlumatına görə partlayıcı motosiklə qoyulubmuş.
 
Ölənlərin arasında Çin və Filippin vətəndaşları da daxil olmaqla xaricilər də var.Yaralıların əksəriyyəti isə Çin və Tayvan vətəndaşlarıdır.
 
Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
 
Tayland hökuməti ölkənin cənubunda müsəlman üsyançılarına qarşı mübarizə aparır.Amma üsyançılar bu rayonda nadir halarda hücumlar törədir.
 
Başqa bir tərəfdən isə neçə illərdir ki, baş nazir Thaksin Shinawatranın tərəfdarları ilə əlehdarları arasında mübarizə gedir və ölkədə baş verən bu cür partlayışlar bununla əlaqələndirilir.
 
2014-cü ildən ölkəni hərbçilər idarə edir.

Google+ WhatsApp ok.ru