İndoneziya təyyarəsi “tamamilə dağılıb”

İki gün öncə İndoneziyanın şərqində qəzaya uğramış təyyarə “tamamilə dağılıb” Qəza yerində indiyədək 38 cəsəd tapılıb. Məlumatı avqustun 18-də rəsmilər yayıb.
 
Sıx meşəlik və dağlıq ərazidə kiminsə sağ tapılacağına ümid az idi. Təyyarə pis hava şəraiti ucbatından qəzaya uğrayıb.
 
Rəsmilər təyyarənin tamamilə dağıldığını, bir hissəsinin isə yandığını bildirir.
 
Təyyarədə cəmi 54 nəfər olub. Onlardan 49-u sərnişin, beşi heyət üzvü idi. Hava pis olduğundan tapılan meyitlərin evakuasiyası da mümkün deyil.
 
Təyyarədəki 470 min dolların taleyindən də xəbər yoxdur. Həmin vəsait yoxsul ailələrə çatdırılacaqdı.

Google+ WhatsApp ok.ru