Banqladeşdə güclü yağışlar faciəyə səbəb oldu - FOTO

Banqladeşdə güclü yağışlar faciəyə səbəb oldu - FOTO

Banqladeşə yağan güclü yağışlar onlarla insanın ölümünə səbəb oldu.
 
Banqladeşin cənub-şərqinə yağan güclü yağışlar və baş verən sürüşmə nəticəsində 57 nəfər həlak olub.
 
Güclü yağışlar ölkənin cənub-şərq hissəsində ötən gün səhər saatlarında başlayıb. Yağışlar zamanı ən çox Ranqamati və Bəndərban dairələrinə ziyan dəyib. Zərər görmüş ərazilərdə telefon rabitəsi işləmir, nəqliyyatın hərəkəti pozulub.
 
Ranqamatidə sürüşmə nəticəsində 35 nəfər həlak olub, 3 uşaq da daxil olmaqla, daha 6 nəfər isə Bəndərbanda həyatını itirib. Çittatonqda isə 16 nəfər ölüb.
 
Banqladeşin Fövqəladı Hallar İdarəsinin nümayəndəsi Reaz Əhməd bildirib ki, ölənlərin sayı arta bilər. Onun sözlərinə görə, xilasedicilər təbii afət nəticəsində zərər görmüş ən çətin ərazilərə keçməyə çalışırlar.
 
Qeyd edək ki, Banqladeşdə mussonlar dövrü iyundan sentyabradək davam edir. Üstəlik, güclü yağışların səbəb olduğu sürüşmələr çox zaman onlarla insanın ölümü ilə nəticələnir. (islamazeri) /
 
 

Google+ WhatsApp ok.ru