Səudiyyə rejimi hərbçiləri Əvamiyyədə şiələrə hücum edib

Səudiyyə rejimi hərbçiləri Əvamiyyədə şiələrə hücum edib

Səudiyyəli qüvvələr Əvamiyyənin məhəllələrinə basqın edib və güclü partlayışa malik minaatanlar və döyüş güllələrindən istifadə edib.
 
Maide.İnfo xəbər verir ki, Səudiyyə rejimi hərbçiləri Ərəbistanın şərqində yerləşən Qətif vilayətində şiə sakinli Əvamiyyə şəhərciyinin mühasirəsini 33-cü gün ardıcıl olaraq sərtləşdirmək üçün və döyüş güllələri ilə Əvamiyyənin məhəllələrinə hücum etmək üçün zirehli avtomobillərdən istifadə edir.
 
"Əl-Məsirə" televiziyasının məlumatına görə, səudiyyəli qüvvələr Əvamiyyənin məhəllələrinə basqın edib və güclü partlayışa malik minaatanlar və döyüş güllələrindən istifadə edib.
 
Əvamiyyənin bir qrup sakini fövqəladə mərkəzi qüllələrdə yerləşən snayperlərin atəş açması nəticəsində yaralanıb.
 
Snayperlər bir neçə yoldan keçəni də atəşə tutublar.
 
Xəbərlərə əsasən, zirehli avtomobillərdən biri yanlışlıqla və səudiyyəli təhlükəsizlik qüvvələrinin partlayıcı güllələri nəticəsində hədəfə çevrilib. Nəticədə bir səudiyyəli zabit ölüb və iki təhlükəsizlik qüvvəsi yaralanıb. /

Google+ WhatsApp ok.ru