Banqladeş dövləti pənah verdiyi Myanma müsəlmanlarından yaşayış düşərgələrini tərk etməklərini istəyib

Myanma dövlətinin və azğın buddist qruplaşmalrın cinayətlərindən, soyqırımlarından amanda qalmaq məqsədi ilə, məcburi sürətdə qaçqın vəziyyətinə düşərək Banqladeşə pənah gətirən və Banqladeş höküməti tərəfindən qaçqınlar üçün ümumi yaşayış düşərgələrində sığınacaq tapan Myanma müsəlmanları növəti dəfə Banqladeşdə sərgərdan vəziyyətə düşüblər.
 
Maide.az xəbər verir ki, Banqladeş höküməti qaçqınlar düşərgəsinin turizim məntəqəsində yerləşdiyini bəhanə gətirərək, Myanma müsəlman qaçqınlarından məntəqəni tərk etməklərini tələb edib.
 
Verilən məlumatlara görə, 37000 nəfər Myanma müsəlman qaçqını Banqladeşin Sukes məntəqəsində yerləşdirilmişdi. Lakin bu günlərdə Sukes İcra Aparatının katibi bildirib ki, ölkə rəhbərliyi Sukes məntəqəsini turizim məntəqəsi elan edib.
 
Qeyd edək ki, 2012-ci ilin ilk aylarından bu günə kimi Myanma müsəlmanlarına qarşı olunan cinayət qurbanları haqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 1000-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi şəkildə basdırılıb, 300000-dən artıq insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min müsəlman fəalı rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələrlə həbs edilərək zindanlara salınıb.
 
Xatırladaq ki, Myanmada təqribən 800 min müsəlman yaşayır. Onlar əsasən ölkənin qərbində yaşayırlar.
 
Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində təqribən 90 min müsəlman evsiz-eşiksiz qalıb.

Google+ WhatsApp ok.ru