Banqladeşin ən böyük İslam partiyasının liderinə edam qərarı verildi

Banqladeş Hərbi Cinayətlər Məhkəməsi dünən Motiur Rahman Nizami haqqında edam qərarı çıxarıb.

İslamazeri.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İslam Camaatı Partiyasının rəhbəri və ölkənin ən böyük dini lideri olan olan 71 yaşlı Nizami bior neçə maddəyə görə ittiham edilir.

Məhkəmə hesab edir ki, Motiur Rahman Nizami 1971-ci ildə Pakistanla Banqladeşin müstəqillik savaşında adam öldürmə, təcavüz, qarət və talan cinayətləri törədib. Qərara görə, Nizami iplə asılaraq edam ediləcək.

Məhkəmə edam tarixini hələlik açıqlamayıb. /

 

Google+ WhatsApp ok.ru