İrəvanda toqquşma (FOTO) 30 Oktyabr 2014 02:00 Dünya Erməni polisi aksiya zamanı etirazçılara qarşı güc tətbiq edib “Ermənistan təbiəti mühafizə dəstəsi” qeyri-hökumət təşkilatı bu gün bir qrup ekoloji fəalla birlikdə İrəvandakı “Hyatt Place” otelinin qarşısında etiraz aksiyası keçiriblər. Həmin dəqiqələrdə oteldə Ermənistanın Cermuk rayonunda yerləşən Amulsar yatağının istismarı məsələsi müzakirə edilib. Yatağın istismarına qarşı çıxan fəallar otelə girmək istəyiblər. Amma polis onların qarşısını alıb. Etirazçılar polis kordununu dağıtmaq isətyib. Lakin erməni polisi onlara qarşı güc tətbiq edib. Polislərlə etirazçılar arasında toqquşma olub. Etirazçılar iddia ediblər ki, yatağın istismarı ictimai məsələdir və onları müzakirəyə buraxmayan polis qanunsuzluq edir. Teqlər : #İrəvanda toqquşma (FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya İsrailin tikintiləri davam etdirməsini qınadı Banqladeşin ən böyük İslam partiyasının liderinə edam qərarı verildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO