Barak Obama neftin hər barelinə görə 10 dollar vergi tətbiq etmək niyyətindədir

ABŞ prezidenti Barak Obama ekoloji təmiz nəqliyyat layihələrinin dəstəklənməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsində neftin hər barelinə görə 10 dollar  vergi tətbiq edilməsini təklif edəcək. Bu barədə Ağ Evin açıqlamasında bildirilir.
 
Qeyd olunan vergi təşəbbüsünün respublikaçıların nəzarətində olan ABŞ Konqresi tərəfindən bloklanacağı gözlənilir.
 
Xatırladaq ki, ötən ilin sonunda ABŞ prezidenti ölkədən neftin ixracına qoyulan qadağanı ləğv edib.  

Google+ WhatsApp ok.ru