Britaniyanın “British Airways” hava yolları Tehrana uçuşlara başlayacaq

Britaniyanın “British Airways” hava yolları şirkəti London-Tehran bir başa uçuşlar təşkil edəcək. 
Maide.az xəbər verir ki, bu uçuşlar iyul ayının 14-dən başlayacaq. 
Məlumata görə, uçuşlar ilk öncə həftədə 6 dəfə  olacaq. 2016-cı ilin qışında isə uçuşlar hər gün Londondan Tehrana və əks istiqamətə olacaq. 
Qeyd edək ki,İrana qarşı sanksiyalar ləğv olunduqdan sonra bir çox beynəlxalq şirkətlər bu ölkədə sərmayə yatırmağa və həmçinin iqtisadi əlaqələri bərpa etməyə çalışır. /
 

Google+ WhatsApp ok.ru