Baş redaktor polis bölməsinə aparıldı

Baş redaktor polis bölməsinə aparıldı

Bu dəqiqələrdə Gününsəsi.info saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılıb.
Jurnalistin Bizimyol.info saytına verdiyi məlumata görə, keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qalıb.
Polis əməkdaşları sürücünü və Pərviz Həşimlini polis bölməsinə aparıblar. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Jurnalistin vəkili Bəhruz Bayramov artıq 16-ci polis bölməsinə gedib. Jurnalistlə əlaqə saxlamaq mümkün deyil. P.Həşimlinin telefonları söndürülüb. (islamazeri)
 

Google+ WhatsApp ok.ru