Barzani PKK-nı Şimali İraqı tərk etməyə çağırıb 03 Avqust 2015 01:00 Dünya İraq kürdlərinin lideri terrorçu PKK təşkilatını Türkiyənin hava hücumları zamanı mülki əhali arasında tələfata yol verməmək üçün İraqda kürdlərin ərazilərindən döyüşçülərini çıxarmağa çağırıb. "PKK Kürdüstanda mülki əhalinin döyüş və münaqişə qurbanına çevrilməməsi üçün regiondan öz döyüşçülərini çıxarmalıdır"- deyə regionun prezidenti Məsud Barzani bəyanatında bildirib. Bəyanatda İraqın şimal-qərb bölgəsində hava hücumları zamanı xəsarət və əmlaka zərər dəydiyi haqda verilən xəbərlərdən sonra Türkiyənin hava hücumları da qınanıb. "Biz Kürdüstan regionunun vətəndaşlarının şəhid olması ilə nəticələnmiş bomba hücumunu pisləyirik və Türkiyəni vətəndaşları bombalamağı təkrar etməməyə çağırırıq"-deyə bəyanatda bildirilir. İraqın Kürdüstan bölgəsinin liderinin bəyanatında həmçinin PKK və Türkiyə hökuməti sülh prosesini bərpa etməyə çağırılır. Teqlər : #Barzani PKKnı Şimali İraqı tərk etməyə çağırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Meksikada tanınmış fotojurnalist qətlə yetirilib Nigeriya ordusu Boko Haramın əlindəki əsirləri xilas etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO