Nigeriya ordusu Boko Haramın əlindəki əsirləri xilas etdi

Nigeriya ordusu Boko Haramın fidyə və kölə ticarəti üçün qaçırdığı 234 qadın və uşağı təşkilatın baza olaraq istifadə etdiyi Sambisa meşəliyindən xilas edib. Maide.az xəbər verir ki, əməliyyatlarda Boko Haram terror təşkilatının bir komandiri yaxalanıb. Azad edilənlərin sayının da 500-ü keçdiyi bildirilir.
 
Xatırladaq ki, ötən ilin 14 aprelində ölkənin şimal-şərqindəki Borno əyalətinin Çibok şəhərində bir məktəbə basqın təşkil edən Boko Haram terrorçuları 276 qız tələbə qaçırmışdı. Təşkilatın liderlərindən olan Əbu Bəkr Şekau hadisənin məsuliyyətini üzərinə götürmüş və qız tələbələrin məhbus Boko Haram terrorçularının sərbəst buraxılması qarşılığında azad edəcəyini demişdi. Qızlardan 57-si xadimlərin əlindən qaçmağı bacarmışdı.

Google+ WhatsApp ok.ru