Beş gündə 22 Bəhreynli həbs olunub

Bəhreynin İnsan Haqlarına Nəzarət Mərkəzi elan edib ki, beş gündə 22 Bəhreynli həbs olunub.

Maide.az xəbər verir ki,  Bəhreyn İnsan Haqlarına Nəzarət Mərkəzi elane dib ki, avqustun 31-dən sentyabrın 5-dək Bəhreyndə 22 nəfər heç bir səbəb göstərilmədən həbs olunub. 

Məlumatda bildirilir ki,  həbs olunanlardan ikisi az yaşlı uşaqdır. Onlardan 3 nəfər isə saxlanıldıqdan bir neçə saat sonra azadlığa buraxılıblar.  

Məlumatda həmçinin bildirilir ki, Bəhreyn rəsmiləri 13 məhbusun həbs müddətini uzadıb. 6 nəfəri isə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıb./ 

 

Google+ WhatsApp ok.ru