Britaniya təyyarəsi yandı, 20 nəfər yaralandı

Britaniya hava yollarına məxsus 2276 nömrəli təyyarə bu gün Las Veqas şəhər hava limanında yanıb.

Maide.az xəbər verir ki,  Boinq -777 təyyarəsi Las Veqasdan  Londona uçmaq istəyərkən təyyarənin motorunda nasazlıq baş verib və yanğın olub. Hadisəyə görə, uçuş ləğv olunub, sərnişinlər təxliyyə olunub.  

Təyyarədə 175 sərnişin və 10 ekipaj üzvi olub. Hadisə nəticəsində 20 nəfər yaralanıb.  

 Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.  /

Google+ WhatsApp ok.ru