Belarusda etiraz aksiyalarında 40-dan çox adam saxlanılıb

Belarusda etiraz aksiyalarında 40-dan çox adam saxlanılıb

Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb.

 
Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.  
 
“Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmadan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, - Mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir. /RİA Novosti/
 

Google+ WhatsApp ok.ru