Bağdadın hava limanı raket hücumuna məruz qalıb

Bağdadın hava limanı raket hücumuna məruz qalıb

İraqın paytaxtı Bağdad şəhərinin hava limanı raket hücumuna məruz qalıb.
 
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava limanının ərazisinə üç raket düşüb.
 
Məlumata əsasən, raketlər Əbu-Qreyb rayonunndan atılıb. Raketlərdən biri avtomobil dayanacağına düşüb və 4 avtomobilə zərər dəyib.
 
Raket hücumu nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.
 

Google+ WhatsApp ok.ru