Belçikada 3 min nəfər qaçqınlar üçün aksiya keçirdi

Belçikada 3 min nəfər qaçqınlar üçün aksiya keçirdi

-- Qol-qola girərək 1 kilometrlik `insan zənciri` yaradan etirazçılar...

Belçikada qaçqınlara dəstək üçün 3 min nəfər aksiya keçirib.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya paytaxt Brüsseldə Şimal Qatar Stansiyasında baş tutub.
 
Onlar Belçika polisinin qaçqınlara qarşı edəcəyi əməliyyatın həyata keçirilməməsini tələb ediblər.
 
Qol-qola girərək 1 kilometrlik "insan zənciri" yaradan etirazçılar Miqrasiya naziri Teo Franken əlehyinə də şüarlar səsləndiriblər.
 
Müxtəlif ictimai təşkilatlar və hüquq müdafiəçilərinin iştirak etdiyi aksiyada "Qaçqınlara ədalət", "Hamımız bərabərik" kimi şüarların yazıldığı plakatlar da nümayiş etdirilib.
Aksiya səbəbindən bölgədəki yollarda hərəkət dayanıb.

Google+ WhatsApp ok.ru