Belçikada Şəbaniyyə mövludları münasibətilə bayram şənliyi keçirilib - FOTO

Belçikada Şəbaniyyə mövludları münasibətilə bayram şənliyi keçirilib - FOTO

İmam Hüseyn (ə), İmam Zeynəl-Abidin (ə) və Həzrət Abbasın  (ə) mövlud günləri münasibətilə Belçikanın iki şəhəri - Brüssel və Antverp şəhərlərində bayram şənliyi təşkil olunub. 
 
Maide.Az xəbər verir ki,  Brüsseldə İmam Həsən (ə) adına olan mərkəzdə təşkil olunan mərasimdə bu şəhərdə yaşayan Əhli-beyt (ə) ardıcılları  və İmam Hüseyn (ə) hərəminin xidmətçiləri iştirak edib. 
 
Həm Brüssel və həm Antverp şəhərlərində təşkil olunan mərasimdə Quran tilavət olunub, Əhli-beyt (ə) şənində şeirlər və ilahilər oxunub.  
 
Tədbirin sonunda İmam Səccadın (ə) "Şəbaniyyə" ziyarəti oxunub. Daha sonra mərasim iştirakçıları ziyafətə qatılıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru