Misir “Müsəlman Qardaşlar”ın liderlərindən birini edam edəcək

Misir “Müsəlman Qardaşlar”ın liderlərindən birini edam edəcək

Qahirə Cinayət Məhkəməsi "Müsəlman Qardaşlar" terror təşkilatının üzvlərinə hökm oxuyub.
 
Misirin paytaxtı Qahirə şəhərinin Cinayət məhkəməsi bazar günü 3 radikalı asma yolu ilə ölüm cəzasına məhkum edib. Onlar arasında ölkədə qadağan edilmiş “Müsəlman Qardaşlar” hərəkatının liderlərindən biri Vaqdi Qənim də var.
 
Əldə olan məlumata görə, müttəhimlər 2003-cü ildə cinayətkar dəstə yaradıblar. Həmin dəstə 2015-ci ilin oktyabr ayınadək fəaliyyət göstərib. Qruplaşma təxribatçı fəaliyyət ilə məşğul olub, hakim rejiminin devrilməsi və hərbi və polis obyektlərinə hücumlar təşkil etməyi planlaşdırırdı.
 
Qruplaşmanın daha 5 üzvü də ömürlük azadlıqdan məhrum edilib. (islamazeri) /

Google+ WhatsApp ok.ru