Belçikada oğlan uşaqlarına ən çox qoyulan adlar 24 İyul 2020 13:57 Dünya Belçikada yeni doğulan oğlan uşaqlarında verilən adlar arasında Məhəmməd adının ilk sırada gəldiyi bildirilib. Maide.Az "Krasnaya Vesna" a istinadla xəbər verir ki, Belçika Statistika Qurumunun yaydığı məlumata görə, ölkədə 2019-cu ildə doğulan oğlan uşaqları üçün ən populyar adlar Adəm və Məhəmməddir - təxminən bərabər sayda körpəyə bu adlar verilmişdir. Brüsseldə ən populyar on adın sırasına Məhəmməd, Əmir, İmran daxildir. Belçikada Adam, Luis və Qabriel kimi avropa adları üstünlük təşkil etsə də paytaxt Brüsseldə vəziyyət tamam fərqlidir. 2019-cu ildə qızlar arasında Nur adı ən çox yayılmışdı. Belçika paytaxtında məşhur adlar Jasmine, Amira, Inayadır. Qeyd edək ki, Brüsseldə 300 min müsəlman yaşayır. Bu şəhər əhalisinin təqribən 25% -ni təşkil edir. Bunlar əsasən Mərakeşdən (70%) və Türkiyədən (20%) gələn immiqrantlardır. Sosioloq Felice Dassetto hesab edir ki, 2030-cu ilədək müsəlmanlar Brüsseldə dini-etnik çoxluq təşkil edəcəklər Teqlər : #Belçikada,#oğlan,#uşaqlarına,#ən,#çox,#qoyulan,#adlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son 30 ildə postsovet ölkələrində əhalinin sayı necə dəyişib Bəhreyn kralına gənc fəallara görə müraciət olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO