Belçikalı rəssam müsəlmanları fərqli göstərdi - FOTO

İslam barədə dünyanı fərqli - qorxulu fikirlərin yayılımasına başlandığı bir vaxtda, belçikalı rəssam öz incəsənət əsəri ilə insanlara deyilənlərdən kənar - İslamı və müsəlmanları olduğu kimi göstərməyə çalışıb. 
 
Maide.az xəbər verir ki, belçikalı rəssam Fransua Estruzik öz incəsənət əsəri ilə insanları islam və müsəlmanlar haqqında müsbət düşünməyə dəvət edib.
 
Belçikalı rəssam Fransua Estruzik "Müqəddəs Səfər” adlı rəsm sərgisi ilə insanları uzun bir yolçuluqla Kozova, Mərakeş, Hindistan, Keşmir, Banqladeş, Pakistan və digər ölkələrə aparır.
 
O, bu səfərdə çalışır ki, müsəlmanların həyatını və mənəvi yaşam tərzini fərqli çalarlarla insanlara göstərir.
 
Bu sərginin ağ-qara şəkilləri müsəlmanların həyat tərzindən yeni cəhətləri ortaya qoyur və işıqlandırır və tamaşaçını məcbur edir ki, hər şəkildə az da olsa dursun və bir az düşünsün.
 
Bütün bu şəkillərin hamsında bir ismarıc, bir dini ayin, bir əqidə, bir insan və bir xüsusi fəza təsvir edilib. Bütün şəkillərdə mədəniyyət fərqləri ilə yanaşı hamıda müştərək olan insanlıq hissini cilvələnir.
 
Belçikalı rəssam Fransua Estruzik deyir: İslam Avropada ümumi şəkildə göstərilir, bütün müsəlmanlara eyni gözlə baxılır, mən isə istəyirəm ki, İslam və müsəlmanlar haqqında bilmədiyimiz gözəl cəhətlərin də olduğunu göstərim. Baxmayaraq ki, Avropa KİV-ləri istəyirlər ki, hər şeyi öz istədikləri kimi və çox adi göstərsinlər. Amma mən istəyirəm deyəm ki, hər şey biz gördüyümüz kimi çox da adi və sadə deyildir.
 
 
 
 

Google+ WhatsApp ok.ru