Berlində məscid bomba ilə təhdid edildi

Berlində məscid bomba ilə təhdid edildi

 Almaniyanın Berlin şəhərində radikal sağçılar bir məscidi bomba qoyulacağı ilə hədələyib. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, ötən gün məscidin məsul şəxslərinə yerli vaxtla saat 8:00-da radikal sağçı təşkilatların birindən e-mail göndərilib.  E-Maildə "bu gün məscidinizdə bir neçə bomba partlayacaq" mesajı verilmişdi. Təhdid edilən məscid məsul şəxslər tez Berlin polisinə xəbər verib.
 
Qeyd edək ki, bundan öncə də Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində də bir məscid naməlum şəxslər tərəfindən təhdid edilmişdi.
 
Son aylarda Almaniyada bir neçə məscid bomba qoyulacağı ilə təhdid edilib. Bu məsələ müsəlmanların narahatçılıqlarına səbəb olub.
 
Almaniya polisi keçən il müsəlmanlar əleyhinə 813 cinayət qeydə alıb. Bu cinayətlərdə 54 müsəlman yaralanıb, habelə təhqir edilib və döyülüblər.  

Google+ WhatsApp ok.ru