Hər iki rusiyalıdan biri mühacirət arzusundadır

Hər iki rusiyalıdan biri mühacirət arzusundadır

18-24 yaşlı rusiyalıların 53 faizi ölkədən getmək istərdi. Bu, 2009-cu ilin aprelindən maksimum göstəricidir. Sorğunu “Levada” mərkəzi keçirib.
 
Getmək fikrinə düşənlər, yaxud buna hazırlaşanların 54 faizi Prezident Vladimir Putinin tərəfdarlarıdır. Putini dəstəkləməyənlərin payı isə 46 faizdir.
 
“Son vaxtlar möhkəmlənən hisslərə gəlincə, ölkədə baş verənlərlə bağlı məyusluq (ölkədən getməyi düşünənlərin 17, bunu ağlından keçirməyənlərin isə 10 faizi) və utanc (18% vs 11%) hisslərini qeyd etmək olar. Respondentlərin bu qrupu arasında gələcəyə ümid (27% vs. 37%) azacıq da olsa güclənib”, – “Levada”nın hesabatında deyilir.
 
Rusiyalıları mühacirətə məcbur edən səbəblərə gəlincə, bunlar sadalanır:
 
Xaricdə övladlarına layiqli gələcək təmin etmək (45%);
Ölkədəki iqtisadi durum (40%);
Siyasi vəziyyət (33%);
Xaricdə tibbi xidmətlərin yüksək səviyyədə olması (35%);
Xaricdə təhsilin yüksək səviyyədə olması (26%);
Rusiyadan kənarda karyera yüksəlişi imkanları (28%).
“Levada” onu da qeyd edir ki, getmək arzusunu daha çox dilə gətirənlər (26%) ali təhsilli respondentlərdir. /azadliq.org
 

Google+ WhatsApp ok.ru