Beynəlxalq Qüds günü islam ölkələrində matəm elan edilib 23 İyul 2014 01:00 Dünya Tehranda islam ölkələrinin parlamentlərarası iclasının dünənki toplantısında bu il Beynəlxalq Qüds gününün matəm elan edilməsi ilə bağlı yekun bəyanat verilib. SalamNews-un Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, 16 maddədən ibarət olan sözügedən yekun bəyanatda islam ölkələri məzlum Qəzza xalqına lazımi və yetərli yardım göstərməyə çağrılıb və fələstinlilərə yardım məqsədilə beynəlxalq şuraların, komitələrin yaradılmasının vacibliyi vurğulanıb. Bəyanatda deyilir: “Biz, Qoşulmama Təşkilatına üzv olan ölkələrin parlamentlərarası birliyi və digər parlamentlərin sədrləri və toplantıda iştirak edən digər şura və komitələri Fələstindəki vəziyyəti və Qəzzəyə edilən hücumu araşdıraraq, vətənləri yolunda canlarında keçən fələstinlilərə salam göndərir və onların qarşısında baş əyirik. Fələstinlilərin İordan çayının qərb sahilindəki mübarizəsini və Qəzzadakı insanların müqavimətini alqışlayırıq. Hazırda Qəzzadakı fələstinlilər siyonist rejiminin hücumuna məruz qalıb. Məzhəbindən, milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlar bütün ixtilaflarını bir kənara qoyaraq, bütün imkanlarını Fələstin xalqının müdafiəsinə sərf etməlidirlər.” Bəyanatın sonuncu bəndində qarşıdan gələn cümə günü, yəni Beynəlxalq Qüds gününün bütün müsəlman ölkələrində matəm günü kimi qeyd edilməsi təklif edilib. Xatırladaq ki, hər il Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds günü kimi qeyd edilir. Qüds gününün keçirilməsi təşəbbüsü ilk dəfə olaraq İran İslam Respublikasının banisi Ayətullah Musəvi Xumeyni tərəfindən verilib. Teqlər : #Beynəlxalq Qüds günü islam ölkələrində matəm elan edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail Xan Yunusa hücum etdi Fələstinli diplomat: Biz rəqəm deyilik, insanıq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO