Fələstinli diplomat: Biz rəqəm deyilik, insanıq

BMT Təhlükəsizlik Şurasının toplantısına qatılan Fələstinin BMT daimi nümayəndəsi Riyad Mənsur çıxışında İsrailin insan həyatına heç dəyər vermədən vətəndaşların yaşadığı evlərə hücum edərək, bəzi ərazilərdə bütün bir ailəni öldürdüyünü söyləyib.
 
FaktXəbər-in məlumtına görə, Qəzzada xəstəxanaların bombalandığını və günahsız vətəndaşların xəstəxana dəhlizlərində həyatını itirdiyini vurğulayan Mənsur, "Beynəlxalq cəmiyyət vətəndaşların qorunması mövzusundakı təəhhüdlərini yerinə yetirmədi. Beynəlxalq cəmiyyət hüququn tətbiq olunması və insanlığa qarşı sözlərini yerinə yetirməkə müvəffəqiyyətsiz olmuşdur", - deyə bildirib.
 
İsrail hücumu nəticəsində öldürülən uşaqların fotoşəkilini salonda göstərən və öldürülən uşaqların ad və yaşlarını oxuyan Mənsur, "Bu uşaqlar işğalçı güc tərəfindən vəhşicəsinə öldürüldü. Bu uşaqların anaları, ataları və ümidləri vardı. Öldürülən uşaqlar say deyil, insandır, adları var. Biz say deyilik, insanıq", - söyləyib.

Google+ WhatsApp ok.ru