Beynəlxalq Agom Enerjisi Agentliyinin nümayəndələri İrana gedib

Beynəlxalq Agom Enerjisi Agentliyinin nümayəndə heyəti agentliyin baş direktor müavini Variorantanın başçılığı altında Tehrana səfər edib.
 
Maide.az xəbər verir ki, agentliyin nüvə fəaliyyətlərinə nəzarət idarəsinin müdiri Aparo da 5 nəfərdən ibarət olan bu heyətin tərkibinə daxildir.
 
İranın Atom Enerjisi Təşkilatının sözçüsü bu səfərdə məqsədin İran və agentlik arasındakı birgə bəyanatla bağlı iş proqramı çərçivəsində müzakirələrin aparılması olduğunu bildirib. 
 
Behruz Kəmalvəndi əlavə edib: "Bu bəyanata əsasən qərara alınıb ki, müxtəlif mövzular ayrı-ayrı proqramlar əsasında addım-addım araşdırılsın."

Google+ WhatsApp ok.ru