İsrail rejimi S-300-ün satışına reaksiya verib

NJR xəbər portalı iddia edib ki, ehtimal üzrə İsrail rejimi Moskvanın İrana S-300 müdafiə sisteminin təhvilinin qadağasını ləğv etmək üzrə qərarına reaksiyada Ukraynaya silah ixrac edəcək.
 
Maide.az-ıın məlumatına görə, NJR xəbər portalı dünən hərbi mənbələrə istinadla iddia edib ki, Benyamin Netanyahunun nazirlər kabineti hələ bu barədə qəti qərara gəlməyib. Amma Netanyahu dünən axşam Putin ilə telefon danışığında Moskvanın qərarından nigaranlıq edib. Rusiya 2007-ci ildə İranla bağlanmış müqaviləyə əsasən, İrana azı beş ədəd S-300 hava müdafiə sistemini təhvil verməli idi. 
 
Moskva 2010-cu ildə bu sistemin İrana satışının BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü qətnaməsinə zidd olduğunu bəhanə edərək, onun Tehrana təhvil verilməsindən imtina etmişdi. 
Deyilənlərə görə, Moskvanın S-300-ün İrana təhvil verilməsindən çəkinmək üzrə qərarı Təl-Əvivin təzyiqi altında çıxarılmışdı.

Google+ WhatsApp ok.ru