`Beynəlxalq koalisiya bölgədəki terrorçuları dəstəkləyir`

Maide.az-ın məlumatına görə, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim Livanın əl-Minar telekanalı ilə müsahibəsində bildirib ki, hazırda regionda iki plan mövcuddur: "Biri dostları və müttəfiqləri ilə birlikdə olan müqavimət planı, ikincisi isə təkfirçilər və səudiyyəlilərlə birlikdən olan Amerika və İsrail planı." 

Şeyx Nəim Qasim daha sonra bildirib ki, terrorizmlə mübarizə üzrə beynəlxalq koalisiya İŞİD-lə mübarizə ardınca deyil, əksinə, onun məqsədi özünü böyük göstərməkdir: "Bölgədə terrorçuların hərəkətləri Amerikanın başçılıq etdiyi beynəlxalq koalisiyanın nəzarəti ilə həyata keçirilir və bu koalisiya bölgədə öz planlarını icra etmək üçün terrorçuları dəstəkləyirlər."

Google+ WhatsApp ok.ru