Zərif: Region ölkələri ilə əməkdaşlıq İranın prioritetidir

Maide.az-ın məlumatına görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Livanın "əl-Məyadin" televiziyasına verdiyi müsahibədə bildirib ki, Fars körfəzinin ətrafında yerləşən ərəb ölkələri müştərək problemlərin həlli üçün aydın dialoqa başlamalıdırlar. 

"Qonşu ölkələrlə münasibətlərin genişləndirilməsi İranın xarici prioritetidir və bu ölkələrə qarşı istənilən təhdid İran İslam Respublikasına qarşı da təhdid hesab olunur. İranın Fars körfəzinin ətrafında yerləşən ərəb ölkələri, başqa sözlə Fars Körfəzi Əməkdaşlıq Şurasına əsaslı diqqəti vardır. Çünki onlar bir strateji bölgədə yaşayırlar və bütün region ölkələri müştərək problemlərin həlli üçün bir-birləri ilə əməkdaşlıq etməlidirlər.
", - deyə Zərif bildirib. 

İran İslam Respublikası xarici işlər naziri həmçinin region ölkələrini təhlükəsizliyin bərqərar olunması və terrorizmlə mübarizə üçün əməkdaşlıq etməyə çağıraraq Səudiyyə Ərəbistanı hökumətinin Yəmənə hücumunu tənqid atəşinə tutub və bildirib: "Hava hücumları və pul verməklə təhlükəsizliyin bərqərar edilməsi dövrü artıq keçib."

İranın regionda təhlükəsizliyin bərqərar olunması üçün əməkdaşlığa hazır olduğunu bildirən Zərifin sözlərinə görə, İran İslam Respublikası heç bir qonşu ölkəyə hücum etməyib. Əksinə bu ölkələrə həmişə kömək etmişdir.

Google+ WhatsApp ok.ru