Beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərindən narazıdır

Maide.az xəbər verir ki, Londonda anti-müharibə fəalı Sara Marosk beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətlərindən narazı olduğunu bildirib. O, beynəlxalq ictimaiyyət sionist rejimin Fələstin xalqına qarşı cinayətinin araşdırılmasını istəyib. 
 
Anti-müharibə fəalı deyib: "Fələstinlilər hələ də ötən bir ilin müharibəsinin təsirləri altında yaşayır, yaşamaq üçün evləri yoxdur, məktəblər hələ də viranədir, öz ehtiyaclarını təmin edə bilmirlər və beynəlxalq ictimaiyyətlə mübadilə edə bilmirlər." 
 
Maroskun sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq ABŞ-la eyni istiqamətdə hərəkət etmək istəmir və sionist rejimin cəzalandırılmasını istəyir: "BMT İnsan Haqları Şurasının qətnaməsi beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətlərini araşdırmasını tələb edir."

Google+ WhatsApp ok.ru