Tunisdə 80 məscidin bağlanılması qərarı məhkəməyə çıxır

Tunis axundları hökumətin 80 məscidi bağlamaq qərarına etirazlarını davam etdiririlər.
 
Maide.az xəbər verir ki, ötən həftə Tunisdə bir otelə edilən hücumdan sonra hökumət terrorla mübarizə çərçivəsində ölkədəki 80 məscidin bağlanılması haqqında qərar vermişdi.
 
Bu qərarın müzakirəsi üçün “Əl-Lahmi məscidi”nə toplaşan 50 axund hökumətin qərarının ləğv edilməsi üçün hüquqi mübarizə aparacaqlarını bildiriblər.
 
“Terrora yox, məscidlərə hücumlara yox” şüarı ilə keçirilən tədbirdə “Əl-Lahmi məscidi”nin imamı Rza əl-Cavadi qərarın ləğv edilməsi üçün məhkəməyə müraciəd ediləcəyini söyləyib:
 
“Məscidlərin bağlanılması kütləvi cəzalandırmadır. Buna görə alınan bu qərarı qəbul etmirik. Hökumətin haqsız qərarlarına etiraz etmək üçün 7 iyulda hökumət sarayının qarşısında mitinq təşkil edəcəyik”.
 
Xatırladaq ki, ötən həftə Tunisin Susa şəhərində bir oteldə baş verən partlayış zamanı 38 turist öllmüşdü./

Google+ WhatsApp ok.ru