Beynəlxalq Bankda yeyilən pulların 2 milyardı Eldar Mahmudovun adı ilə bağlıdır

Maide.az xəbər verir ki, mötəbər qaynaqlardan "azpolitika"ya verilən məlumata görə, Beynəlxalq Bankdan kredit adı ilə talanan külli miqdarda vəsaitin nə az-nə çox, düz 2 milyard manatı Eldar Mahmudovun “ayağındadır”. Ən dəhşətlisi isə odur ki, bu məbləğdə vəsait, təkcə “şapkası” alınmaqla “qudanın” barmaq tuşladığı sahibkarlara kredit kimi verilməyib. Çox əhəmiyyətli hissəsi müxtəlif iş adamlarının, sahibkarların adına kredit kimi rəsmiləşdirilərək, “diri-diri udulub”. Məsələn, belə: Hansısa böyük sahibkarın “cinayəti” ifşa olunub, onun qarşısında konkret məbləğ qoyulub. Lakin həmin sahibkarın əzı 6-7 rəqəmlə ifadə olunan bu məbləği vermək imkanı olmayıb. Bu zaman həmin sahibkara Beynəlxalq Bankdan (Bəzən də digər banklardan) “kredit” təşkil olunub. Sənədlərə sahibkar imza atıb, ayrılan pulu çekistlər qamarlayıb. Bütün bunlar Beynəlxalq Bankla bağlı “Bandotdel”də aparılan istintaqdan sonra ortaya çıxıb və Prezidentə məruzə olunub.

Google+ WhatsApp ok.ru