Goranboyda evdə partlayış: bir ailənin 4 üzvü xəsarət aldı

TTV (Region TV) xəbər verir ki, Goranboyun Ağcakənd qəsəbəsində ailə faciəsi yaşanıb. Kənd sakini İnqilab Qasımova məxsus evdə qaz sızması partlayışa səbəb olub.
 
Nəticədə ailənin 4 üzvü - İnqilab Qasımov, həyat yoldaşı Şəbnəm Qasımova, övladları - 9 yaşlı Yaqut Qasımova və 8 yaşlı İsa Qasımov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal qonşuların köməyi ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Xəstəxanadan verilən məlumata görə, İnqilab Qasımovun vəziyyəti ağırdır. Şəbnəm Qasımovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda yaralılar reanimasiya şöbəsində yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. /
 

Google+ WhatsApp ok.ru