Beynəlxalq “Hüseyn kimdir?” təşkilatı ABŞ-ın üç universitetində tələbələrlə görüşdü -FOTO 09 Oktyabr 2018 16:14 Dünya Beynəlxalq “Hüseyn kimdir?” (Who is Hussain) təşkilatı oktyabrın 8-i ABŞ-ın üç universitetində İmam Hüseynin (ə) insanlığa verdiyi mesajlarını praktiki cəhətdən canlandırmaq üçün bir sıra aksiyalar keçiriblər. Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki, “Hüseyn kimdir?” təşkilatının könüllüləri İmam Hüseynin (ə) adına xüsusi olaraq istehsal olunmuş su şüşəsi və Kərbəla faciəsindən bəhs olunan bukletlər hazırlayaraq, ABŞ-ın məşhur üç universitetində qurduqları stendlər vasitəsilə tələbələrlə görüşüblər. İlk stend Dirborn-Miçiqan Universitetində qurulub. Burada aksiyanın keçirilməsinə Ahlul-Bayt (ə) İslam Mərkəzinin fəalları da təşkilatçılara kömək olublar. İkinci stend isə, Müsəlman Tələbə Assosiasiyasının köməkliyi ilə Detroit Mərhəmət Universitetində təşkil olunub. Üçüncü stend də, Ann Arbor-Miçiqan Universitetinin həyətində qurulub. Hər üç universitetdə qurulan stendlərə tələbələrin böyük marağı olub. Könüllülər verdikləri ehsanlar və payladıqları sularla tələbələri İmam Hüseynin (ə) şəxsiyyəti və Aşura qiyamındakı amallarını çatdırıblar. Teqlər : #Hüseyn kimdir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada kasıblıq daha da artacaq – Xəbərdarlıq Hindistanda sərnişin qatarı relsdən çıxıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO