Beynəlxalq Amnistiya: ‘Səudiyyə rejimi Əhli-Beyt (ə) ardıcıllarına qarşı edamı siyasi silah kimi istifadə edir’

Beynəlxalq Amnistiya: ‘Səudiyyə rejimi Əhli-Beyt (ə) ardıcıllarına qarşı edamı siyasi silah kimi istifadə edir’

Beynəlxalq Amnistiya (Amnesty International - Aİ) insan haqları təşkilatı, Səudiyyə rejiminin Əhli-Beyt (ə) icmalarına qarşı edam cəzasını siyasi silah adlandırıb.
 
Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki,  ötən ilin aprel ayında, Səudiyyə rejimində 37 nəfər edam edilib, onlardan 32-i şiə idi, 14 nəfəri nümayişlərində iştirak etdiyi üçün edam cəzasına məhkum edilmişdir.
 
Beynəlxalq Amnistiya son hesabatında dünyada edamların 5% azalmasına baxmayaraq, Səudiyyə rejimində edamların sayının 2015-ci ildə Salman bin Əbdüləzizin kral olmasından sonra iki dəfə artdığını açıqlayıb.
 
Beynəlxalq Amnistiya 59 səhifəlik hesabatında, Səudiyyə rejimində edamların sayının 2018-ci ildəki 149 hadisədən 2019-cu ildəki 184 hadisəyə qədər 23% artdığı və bunun son 10 ildə misli görünməmiş bir hala çatdığını göstərir.
 
Beynəlxalq Amnistiya hesabatda, Səudiyyə rejimində edamın bu ölkədəki şiə müxalifətinə qarşı siyasi silah olaraq istifadə edildiyini söyləyib.
 

Google+ WhatsApp ok.ru