Ramazan ayında ABŞ-ın Minneapolis şəhərində küçələrdə azan oxunacaq

Ramazan ayında ABŞ-ın Minneapolis şəhərində küçələrdə azan oxunacaq

Ramazan ayında karantin şəraitində olan ABŞ-ın Minneapolis şəhərində müsəlmanlar evlərini tərk etmədən azan eşidə biləcəklər.
 
Maide.Az xəbər verir ki, ABŞ-da müsəlman ölkələrindən fərqli olaraq, azan yalnız məscidlərin daxilində eşidilir, məscidin kənarına azan səsinin verilməsi qadağandır.
 
Lakin bu Ramazanda, universal karantin şəraitində Amerikanın Minneapolis şəhərinin müsəlmanları evlərini tərk etmədən azan eşitmək fürsəti əldə edəcəklər. Yerli müsəlman icması ilə şəhər rəhbərliyi arasındakı razılaşma sayəsində Ramazan ayında İslami Dar əl-Hicra Mərkəzi bölgədəki səsgücləndiricilərin köməyi ilə azan səsləndirəcək.
 
"MPRNews" xəbər verir ki, şəhərin meri Yakob Frey ibadətə çağırışı yayımlamağa icazə verib.
 
Səs cihazlarının alınmasını Amerika-İslam Münasibətləri üzrə Müsəlman İnsan Hüquqları Təşkilatı Şurası (CAIR) həyata keçirib.

Google+ WhatsApp ok.ru