Beynalxalq İslam Vəhdət Konfransı işinə başladı

Beynalxalq İslam Vəhdət Konfransı işinə başladı

Noyabrın 14-də İranın paytaxtı Tehranda Beynəlxalq Vəhdət konfransı öz işinə başlayıb.
 
Maide.Az “tasnimnews”-ə istinadən xəbər verir ki,  33-cü beynəlxalq Vəhdət Konfransı, "Əqsa məscidinin müdafiəsində ümmətin birliyi" başlığı altında keçirilir. 
 
Bu konfransda İslam Məzhəblərini Yaxınlaşdırma Baş Assambleyasının üzvlərilə yanaşı, dünyanın ən azı 93 ölkəsindən 350-ə yaxın din alimi və fikir sahibləri iştirak edir.
 
Qurani-Kərimin tilavətindən sonra Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki və Həsən Ruhaninin çıxışı ilə başlayan konfrans, alimlərin nitqlərilə davam edib.
 
Konfransda həmçinin 250-dən çox  Əhli-sünnə alimi iştirak edir. 
 
İki günlük konfransda İslam dünyasında ən önəmli məsələlər haqqında müzakirələr aparılacaq. 
 

Google+ WhatsApp ok.ru